BolgeXeber.Com » Şou-Biznes » “Toy Olsun” daha olmasın

“Toy Olsun” daha olmasın

1-04-2011, 22:25
Oxunub: 5 608
Hakimiyyətdən ANS-ə evləndirmə verilişini bağlamaq tapşırığı gəldi

ANS telekanalında yayımlanan “Toy Olsun” verilişi bağlanıb. Bu barədə Bolgexeber.com-a ANS-in əməkdaşları məlumat verib. Verilən məlumatda bildirilib ki, hakimiyyətin yuxarı dairələrindən verilişin bağlanması ilə bağlı tapşırıq gəlib və bu tapşırıq icra olunacaq: “Çox böyük ehtimalla bu gün “Toy Olsun”un axırıncı buraxılışı yayımlanacaq. Sabah isə ANS-in Yayım Şurasının iclası keçiriləcək və verilişin yayımının dayanması barədə rəsmi qərar qəbul olunacaq. Amma belə bir versiya da var ki, veriliş daha bir həftə uzadılsın”.

Məlumatda bildirilir ki, ANS-in rəhbərliyində təmsil olunan bir qrup şəxs bu reytinqli verilişin saxlanılmasına çalışır. Ona görə də həmin şəxslər xalqın bu verilişi tələb etməsi barədə fon yaratmağa çalışacaqlar.

Qeyd edək ki, Toy Olsun həftədə 5 gün, saat 17.00-dan 19.00-a kimi yayımlanır.

Xatırladaq ki, bundan əvvəl ATV-də yayımlanan eyniməzmunlu “Onun yarısı” verilişi də bağlandı.