BolgeXeber.Com » Xəbərlər » Ayselin milyonçu ərini əlindən aldığını deyən qadınla bağlı -MƏHKƏMƏ QƏRARI

Ayselin milyonçu ərini əlindən aldığını deyən qadınla bağlı -MƏHKƏMƏ QƏRARI

30-03-2019, 15:43
Oxunub: 2 106 Ayselin milyonçu ərini əlindən aldığını deyən qadınla bağlı -MƏHKƏMƏ QƏRARI13 illik əri Elçin Nəcəfovun müğənni Aysel Əlizadə ilə eşq yaşadığını iddia edən Turanə Nəcəfovanın məhkəmə prosesi keçirilib.

Bolgexeber.com Milli.Az-a istinadən xəbər verir ki, məhkəmənin 2017-ci ildə qətnaməsinə görə, hər iki övladının anada qalması qeyd edilsə də, dünən baş tutan prosesdə Turanə onu üzən qərarla qarşılaşıb.

Bu barədə "Səni axtarıram"ın eksperti, vəkil Şəfiqə Nağıyeva dünən yayımlanan verilişdə məlumat verib:

"Bu gün məhkəmə oldu. Mən vəsadətlə müraciət etdim ki, işlə tam tanış deyiləm. Nərimanov Rayon İcra Hakimiyyətindən qəyyum himayəçisinin nümayəndəsi iştirak etdi. Qərar qəbul edildi ki, uşağın ataya verilməsi məsləhətdir və mən hesab edirəm ki, orada psixoloji ekpertiza olmalıdır. Sənədlər Ədliyyə Nazirliyinin psixoloji ekspertiza şöbəsinə göndərilməlidir. Ona görə ki, 9 aydan çoxdur uşaq atanın yanındadır və təbii ki, atanın ona təsiri var. Ona görə də psixoloji ekspertiza öz rəyini deməlidir ki, uşaq ata tərəfindən öyrədilir, yoxsa yox?! Buna görə də iş ora göndərildi.

Turanə efirdə söz alaraq "Uşaq 2 il 3 aydır məndən gizlədilir, qaçırdılır" ifadəsini işlədib.

Qeyd edək ki, cütlüyün iki qız övladı var.