BolgeXeber.Com » Xəbərlər » Şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni qayda qüvvəyə mindi

Şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni qayda qüvvəyə mindi

30-03-2019, 15:51
Oxunub: 2 036 Şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni qayda qüvvəyə mindiAzərbaycanda şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni qayda müəyyən edilib.

Bununla bağlı Milli Məclisdə "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanuna dəyişiklik edilib. Qanunun 7-ci (Məcburi dövlət daktiloskopik qeydiyyatı) maddəsinə edilən dəyişikliyə əsasən, şəxsiyyət vəsiqəsi alan vətəndaşlar məcburi daktiloskopik qeydiyyatdan keçiriləcək.

Lakin 15 yaşı tamam olmayan vətəndaşlar şəxsiyyət vəsiqəsi alan zaman onlardan əl-barmaq izlərinin götürülməsi nəzərdə tutulmur.

Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib. Qeyd edək ki, dövlət daktiloskopik qeydiyyatı – insan şəxsiyyətinin eyniləşdirilməsi üçün daktiloskopik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyətdir.

Dövlət daktiloskopik qeydiyyatının aparılması nəticəsində əldə olunan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə edilir:

– itkin düşmüş şəxslərin axtarışı;

– naməlum meyitə əsasən insan şəxsiyyətinin müəyyənləşdirilməsi

– şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi;

– cinayətlərin və inzibati xətaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması.