“Diqlas”dakı sahibkarların istədiyi kredit məbləği açıqlandı
30-03-2019, 16:48
Oxunub: 3 618
Əvvəlcədən məlumat verildiyi kimi, Prezident İlham Əliyevin “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi barədə Sərəncamının icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən martın 29-dan onların fərdi qaydada qəbulu təşkil olunub
Nazirlikdən daxil olan məlumata görə, 142 sahibkar fərdi qaydada qəbul edilib, onların problemləri, dəymiş maddi ziyan, fəaliyyətlərinin təşkili və davam etdirilməsi ilə bağlı fikirləri öyrənilib, baş vermiş hadisə ilə əlaqədar yaranmış çətinliklər və bu istiqamətdə tələb olunan işlər müzakirə olunub.
İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə olunmuş razılığa əsasən ilkin olaraq Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən ümumi sahəsi 12000 m2 olan 350-yə yaxın ticarət obyekti 5 ay icarə haqqı ödənilməmək şərti ilə istifadə etmələri üçün sahibkarlara təklif edilib.
Bununla əlaqədar təqdim edilən təkliflər üzrə qəbul zamanı aparılmış müzakirələrin nəticəsi olaraq, 135 sahibkar tərəfindən 4934 m2 sahədə ticarət obyektinə ehtiyaclarının olduğu müəyyən edilib və bu istiqamətdə işlərə başlanılıb.
Nazirlikdən bildirilib ki, eyni zamanda, qəbul zamanı İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi imkanları da sahibkarların diqqətinə çatdırılıb və nəticədə artıq 126 sahibkar tərəfindən təxminən 6,3 milyon manatdan çox güzəştli kreditdən istifadə etmək istəklərində olduqları bildirilib. Bununla bağlı Fond tərəfindən həmin sahibkarlarla ilkin işlərə başlanılıb və zəruri məlumatlandırma aparılıb.
Qəbulun 30-31 mart tarixlərində davam etdirilməsi və başa çatdırılması planlaşdırılır.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər