BolgeXeber.Com » Dünya » Dünyanın 1 aprel zarafatları - Bu gün diqqətli olun...

Dünyanın 1 aprel zarafatları - Bu gün diqqətli olun...

1-04-2019, 09:42
Oxunub: 4 570 Dünyanın 1 aprel zarafatları - Bu gün diqqətli olun...1 aprel tarixi Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrində zarafat, gülüş, aldatma günü kimi qeyd edilir

Bu gün insanlar bir-birləri ilə zarafatlaşır, biri digərini aldadır. Qısaçası, bu gün hamı çalışır ki, ətrafındakı insanların üzündə təbəssüm yaratsın. “Gülüş günü”, yaxud “Axmaq günü” adlandırılan bu tarix təqvimə düşən bayramlar sırasında istirahət günü sayılmır.

Cebhe.info 1 aprelin tarixinə ekskurs edib. “1 aprel zarafatları” haqqında fərqli mədəniyyətlər, inanclar və əfsanələr mövcuddur.

Artıq ənənəyə uyğun olaraq insanlar hər il aprelin 1-də gülüş hədəfinə çevrilməməyə çalışırlar.

Səhər tezdən yeni iş gününə başlarkən, məktəbə getməyə hazırlaşarkən və ya gündəlik işlər dalınca gedərkən hərəkətə keçməzdən öncə təqvimə alıcı gözlə baxın və diqqətli olun. Əks təqdirdə, 1 aprel günü hiss etmədən xoşagəlməz bir zarafatın hədəfi ola bilərsiniz.

1 apreldə insanların bir-birinə sataşması və zarafat etməsi bir ənənə halını alarkən, “1 aprel zarafatları” haqqında fərqli mədəniyyətlər, inanclar və əfsanələr mövcuddur.

İlk zarafatlara orta əsrlər Romasında, daha sonra isə hindlilərdə rast gəlinir. Sonradan 1564-cü ildə Fransada 1 aprel zarafatları ənənə halını alıb. O zamanlar Avropada 1 aprel yeni ilin ilk günü sayılırdı. Fransada 1564-cü ildə kral 9-cu Çarlz yeni ilin başlanğıcını 1 apreldən 1 yanvara keçirib. Buna baxmayaraq 1 apreli ilin başlanğıcı olaraq qəbul etməkdə davam edənlərlə məzələnmək məqsədilə edilən zarafatlar bir qədər sonra artıq ənənə halına keçir. 1 apreli ilin başlanğıcı olaraq qəbul edənlərə “aprel balığı” adı verilir, həmin gün "axmaqlar günü" adlandırılır. Fransadan sonra bu ənənə tezliklə digər ölkələrə keçir. Bu ənənəyə Fransadan sonra 18-ci əsrdə İngiltərə və İsveçdə müşahidə olunub. 1 aprel və ya “aprel balığı” Hollandiya, Belçika, Kanada, ABŞ, İsveçrə, Yaponiya da daxil dünyanın bir çox ölkələrində qeyd olunur. Ancaq amerikalılar bu günü dekabrın 28-də qeyd edirlər.

İnsanlar bir-biri il zarafat edir. Lakin mətbuat və media qurumları da 1 apreldə zarafatsız keçinmir. Bəzi zarafat –xəbərlər güldürsə də, kimlərsə zarafat xəbərlərə xeyli təpki göstərir.

1957-ci ildə BBC-nin ən ilginc xəbər proqramı olan “Panorama” havaların isti keçməsi səbəbi ilə ağaclarda spagetti yetişməyə başladığını xəbər verib, tezliklə televiziyaya çoxsaylı telefon zəngləri daxil olmağa başlayıb. Telefonu açan BBC yetkililəri də zəng edənlərə tam ciddi şəkildə “bir qutu tomat, sosiskalı spaget əkin və tutması üçün dua edin” məsləhəti verir. Sonda bunun bir zarafat olduğu məlum olub.

1962-ci ildə İsveçin yeganə ağ-qara yayımlanan telekanalının 1 aprel proqramına çıxan bir texnoloq televizorun ekranına bir qadın neylon corabı keçirməklə tamaşaçıların rəngli televizorlara baxa biləcəkləri müjdəsini verib.

1977-ci ildə ingilis "The Guardian" qəzeti Hind okeanında uydurma San Şeriff ada respublikasının 10-cu ildönümünü qeyd etmək üçün 7 səhifəlik xüsusi buraxılışla çıxıb.

"Sports Illustrated" jurnalının 1985-ci il aprel sayında ömür boyu “Mets”də oynamağı arzu edən bir beysbolçu ilə söhbət dərc olunub. Şiddə Finş adlı bu beysbolçu topu hardasa işıq sürətinə yaxın bir sürətlə atmağından dəm vurub. Əslində isə Finş ömründə belə beysbol oynamamışdı. O sadəcə Tibet monastrlarının birində beysbol topu atmağın fəlsəfəsi üzrə dərs almışdı. “Mets” tərəfdarları isə ölkənin hər yerindən bu inanılmaz, Tanrının bir lütfü olaraq qəbul olunan oyunçu üçün bir-birlərini təbrik edirdi. Sonda məlum olub ki, bu "fövqəlgücə" malik oyunçu qəzetçinin xəyallarının məhsuludur və 1 aprel zarafatıdır.

1992-ci ildə sol təmayüllü NPR radiosu 1 aprel sayında Riçard Niksonun “Pis bir iş görmədim və bir daha pis bir iş görməyəcəm” şüarı ilə prezident seçkilərində namizəd olduğunu açıqladı.

1995-ci ildə "Diskover" dərgisi 1 aprel sayında "Aprille Pazzo" adlı bir bioloqun Antarktidada kəlləsi yastı sümüklərdən ibarət və pinqivinləri yaxalamaq üçün buzu böyük bir sürətlə əridən yeni bir heyvan nəsli kəşf etdiyini xəbər verib.

1998-ci ildə "Science and Reason" adlı dərginin 1 aprel sayında Alabama əyalətində “3,14” olan “pi” sayının dəyərinin səsvermə yolu ilə yuvarlanaraq “3,0” olacağı xəbəri verilib. Bunun üzərinə isə yüzlərlə insan bu qərara etiraz edib. Sonra isə qəzetin ikinci sayı yayımlanaraq orijinal məqalə dərc olunub və bu inqilabi teoremlə əlaqədar Mark Boslof adlı bir fizikin yazısı verilib.

Almaniyanın Schlesvig-Holstein əyalətindəki bir radio sürücülərdən Rader körpüsünü keçərkən 5 avro hazırlamalarını istəyib.

İsveçrəli bir şirkətin bu körpünü satın aldığını və bayram günləri körpüdən keçid haqqı alınacağı xəbərini yayan radio əyalətin rəhbəri Heide Simonis, çox sayda siyasətçi, polis məmurları və ADAC avtomobil klubundan da dəstək alaraq onların açıqlamalarına yer verib. Lakin bu da bir zarafat idi.