BolgeXeber.Com » Siyasət » Ukraynada səslərin 50%-i sayılıb – İkinci tura kimlər çıxacaq?

Ukraynada səslərin 50%-i sayılıb – İkinci tura kimlər çıxacaq?

1-04-2019, 10:39
Oxunub: 2 718 Ukraynada səslərin 50%-i sayılıb – İkinci tura kimlər çıxacaq?Ukraynada prezident seçkilərinin ilk turunda səslərin 50,18%-i hesablanıb.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Vladimir Zelenski 30,2% səslə liderliyini qoruyur. İkinci pillədə qərarlaşan Pyotr Poroeşnko 16,64%, üçüncü yerdə gedən Yuliya Timoşenko 13,08% səs toplayıb.

Bu vaxta olan nəticələr komik Vladimir Zelenski ilə hazırki dövlət başçısı Pyotr Poroşenkonun liderliyə yüksəldiyini göstərir.



Üçüncü olan Yuliya Timoşenko isə seçkinin nəticələrini tanımayacağını elan edərək tərəfdarlarına seçki düşərgələrini tərk etməməyi tapşırıb.