BolgeXeber.Com » Xəbərlər » Xatirə onu “arıqladan” şirkətlərdən şikayətçidir

Xatirə onu “arıqladan” şirkətlərdən şikayətçidir

1-04-2019, 16:20
Oxunub: 1 752 Xatirə onu “arıqladan” şirkətlərdən şikayətçidirMüğənni Xatirə İslam hüquq-mühafizə orqanlarına müraciət edəcək

“Qafqazinfo” xəbər verir ki, sənətçinin hədəsi onun fotolarından istifadə edərək arıqlama dərmanları və çayları satan şirkətlərdir.

Xatirə instaqram səhifəsində video açıqlama yayaraq sözügedən firmaların dələduzluqla məşğul olduğunu bildirib:

“Bir çox səhifələr var ki, şəklimi böyüdüb paylaşır və arıqlama dərmanları, çayları ilə xanımları aldadırlar. Xahiş edirəm ayıq olun, onlara inanmayın. Hamı bilir ki, liposaksiya əməliyyatı etdirmişəm, dərman içməmişəm. Ola bilər səhifəmdə hansısa məhsulu reklam edim, amma istifadə etmirəm.

Məhsulu satmaq üçün şəklimi yerləşdirib “Xatirə İslam bu boyda idi, biz arıqlatdıq” yazanlarla bağlı tədbir görüləcək. Kompleksli deyiləm, insan kök də , arıq da ola bilər. Amma adamın şəklini o hala salıb, “biz arıqlatdıq” demək, adımdan istifadə edib pul qazanmaq olmaz”.