BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

2-04-2019, 09:17
Oxunub: 2 197 Azərbaycan nefti bahalaşdıCIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 69,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,21 dollar/barel çoxdur.


Bolgexeber.com xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.



FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 69,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,22 dollar/barel çoxdur.



Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,09 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,38 dollar/barel çoxdur.



Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 67,99 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel çoxdur.