BolgeXeber.Com » Dünya » Papa Fransisk: “Lionel Messi Allah deyil”

Papa Fransisk: “Lionel Messi Allah deyil”

2-04-2019, 12:51
Oxunub: 2 704 Papa Fransisk: “Lionel Messi Allah deyil”Katolik kilsəsinin ruhani lideri Papa Fransisk “Lionel Messi “Allah” deyil” ifadəsinin işlədilməsinin səhv olduğunu deyib.

Barselonanın argentinalı super ulduzu Lionel Messinin ‘insanüstü’ performansı müzakirələri başqa bir ölçüyə daşıyıb.

Modern.az-ın məlumatına görə, İspaniyada yayınlanan Salvados on La Seksta adlı televiziya proqramında Papa Fransiskə “Messiyə Allah desək, şərik qoşmuş olarıqmı’’ sualı verilib.

Papa Fransisk isə bu suala “Bəli, teoridə bu şərik qoşmaqdır. İnsanlar Messiyə Allah deyəndə əslində onun futbolçuluğunu nə qədər sevdiklərini dilə gətirməyə çalışırlar. Ancaq bu səhv bir tərif şəklidir. Messini meydanda izləmək yaxşıdır, amma o, təbii ki, Allah deyil’’ cavabını verib.