XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

168 min izləyicisi olan 11 yaşlı oğlan – Minlərlə sifariş, yüksək İQ... - VİDEO

168 min izləyicisi olan 11 yaşlı oğlan – Minlərlə sifariş, yüksək İQ... - VİDEOJonah Larson maraqlı hobbisi ilə özünə qısa zaman ərzində xeyli sayda izləyici toplayan 11 yaşlı məktəblidir.

Bolgexeber.com Azedu.az-a istinadən sosial mediada məşhurlaşan - 140 mindən çox İnstagram, 28 mindən çox Youtube izləyicisi olan Jonah Larson haqqında məlumatı təqdim edir.

Efiopiyada doğulan 11 yaşındakı Jonah cəmi 5 yaşında olarkən rəngli saplardan müxtəlif şeylər toxumağa başlayıb.

Jonah bir müddət uşaq evində yaşasa da, yaxşı bir ailə tərəfindən övladlığa götürülüb. 5 yaşında özündə toxuya bilmə bacarığını kəşf edən məktəbli bir neçə Youtube videosu izlədikdən sonra həvəslə hər gün toxumağa başlayır. Bu işi öyrənmək üçün ona uzun müddət lazım olmur - o, tezliklə müxtəlif rəngli əlcəklər, ədyallar və süfrələr toxuyur.

Minlərlə sifariş alan balaca "satıcı"

Anası Jenniferin köməyi ilə "Jonahın əlləri" adlı onlayn "şirkət" quran balaca oğlan qısa zamanda çoxlu sifarişlər almağa başlayır və öz məhsulları satır. Lakin müəyyən vaxtdan sonra sosial şəbəkələrdə daha çox məşhurlaşan Jonah bütün sifarişləri götürə bilmir. Çünki, o, 6-cı sinifdə oxuduğu üçün dərsləri ilə birlikdə vaxt çatdıra bilmir. Qeyd edək ki, 11 yaşlı toxucuya nə az, nə çox - minlərlə sifariş gəlir.
Yüksək İQ-sü olan 11 yaşlı yazar

Jonahdan dərs alaraq bu sahəni öyrənmək istəyənlər də az deyil. Beləki bəzi valideynlər öz övladlarını gətirərək ondan bu işi yaxşı öyrətməsini xahiş edirlər. Jonah hazırda öz ölkəsində istedadlı bir uşaq kimi tanınır. O, hətta toxuma işinin əsaslarından bəhs edən bir kitab üzərində işləyir. Həmçinin, vurğulamaq lazımdır ki, Jonah IQ testlərində çox yüksək nəticə topladığı üçün bir sinif atlayaraq yuxarı sinifə köçürülüb. Onun gələcəklə bağlı arzuları isə fərqlidir - hazır da toxuma işinin peşəkarı olan Jonah, gələcəkdə də peşəkar cərrah olmaq istəyir.

Bölmə: BÖLGƏ TV | 02 aprel 2019 15:55 | Baxış sayı: 67





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: