BolgeXeber.Com » Dünya » Rusiyalı oliqarx Boris Berezovski dünyasını dəyişib

Rusiyalı oliqarx Boris Berezovski dünyasını dəyişib

23-03-2013, 21:05
Oxunub: 3 698 Böyük Britaniyaya qaçan rusiyalı oliqarx Boris Berezovski dünyasını dəyişib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Berezovskinin kürəkəni Yeqor Şuppe şənbə günü öz Facebook səhifəsində bildirib.

"Boris Berezovski öldü, - deyə oliqarxın böyük qızının həyat yoldaşı Yeqor Şuppe yazıb.


Rusiyada Berezovskinin maraqlarını təmsil edən vəkil Andrey Borovkov bu informasiyanı şərh edə bilməyib: "Boris Abramoviç barədə heç nə bilmirəm. Mən onunla əlaqə saxlamamışam. Çoxdandır ki, bizim əlaqəmiz yoxdur".

"Kommersant" holdinqinin keçmış baş direktoru Demyan Kudryavçev Twitter-dəki hesabında Berezovskinin ölümü barədə xəbərin təsdıqləndiyini bildirib: "Berezovski London vaxtı ilə saat -də ölüb".

Vəkil Aleksandr Dobrovinskiy isə bildirib ki, Berezovski özünü öldürüb. Tanınmış iş adamının intiharı barədə hələlik təsdiqlənmiş informasiya yoxdur.