BolgeXeber.Com » İdman » "ShamkirChess2019": Məmmədyarov məğlub olub, Karlsen vahid liderə çevrilib

"ShamkirChess2019": Məmmədyarov məğlub olub, Karlsen vahid liderə çevrilib

3-04-2019, 10:49
Oxunub: 3 638 "ShamkirChess2019": Məmmədyarov məğlub olub, Karlsen vahid liderə çevrilibAzərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ənənəvi "ShamkirChess2019" superturniri davam edir.

ONA-nın məlumatına görə, yarışın III turu Azərbaycan şahmatçıları yenə qələbə qazana bilməyiblər.

Belə ki, ağ fiqurlarla oynayan Teymur Rəcəbov Dinq Lirenlə heç-heçə edib. Şəhriyar Məmmədyarov isə Vişvanatan Anandla dueldən məğlub ayrılıb.

Digər matçlara gəlincə, Maqnus Karlsen növbəti qələbəsini qazanmaqla, vahid liderə çevrilib. O, David Navaradan 1 xal alıb. Sergey Karyakin - Veselin Topalov və Alekandr Qrişuk - Aniş Giri duellərində isə "sülh" qeydə alınıb.

III tur
David Navara (Çexiya, 2739) - Maqnus Karlsen (Norveç, 2845) - 0:1
Sergey Karyakin (Rusiya, 2753) - Veselin Topalov (Bolqarıstan, 2740) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan, 2756) - Dinq Liren (Çin, 2812) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan, 2779) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2790) - 1:0
Alekandr Qrişuk (Rusiya, 2771) - Aniş Giri (Hollandiya, 2797) - 0,5:0,5

Turnir cədvəli: Karlsen - 2,5 xal, Dinq, Karyakin - hər ikisi 2, Rəcəbov, Topalov, Anand - 1,5, Məmmədyarov, Navara, Qrişuk, Giri - 1.

Qeyd edək ki, 9 turdan ibarət turnir aprelin 9-da başa çatacaq.