XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatına alınması və ləğvini onlayn həyata keçirin

Daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatına alınması və ləğvini onlayn həyata keçirinƏmlak Məsələləri Dövlət Komitəsitərəfindən göstərilən xidmətlərə daşınmaz əmlakınlizinqinin dövlət qeydiyyatına alınması və buqeydiyyatın ləğvi də aiddir

Bu xidmətlərdaşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatına alınması və qeydiyyatın ləğvi üçün müraciətlərinqəbulu, işin icra tarixi barədə bildirişlərin verilməsi, işin icrasından imtina edildiyi hallarda bu barədə xidmət istifadəçilərinin məlumatlandırılması kimi məsələləriəhatə edir. Daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatına alınması və ləğvi xidmətləri Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumlarında (Əmlak Xidmətləri Məkanı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin və ya rayon şöbələrinin inzibati binaları) və ya elektron formada göstərilir.
Bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərə şəxsiyyəti təsdiq edən sənəd, xidmət haqqı və dövlət rüsumunun ödənilməsi barədə sənəd, ərizə, müqavilətərəfinin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə aiddir. Lizinqin dövlət qeydiyyatına alınması zamanı əlavə olaraq notariat qaydasında təsdiq edilmiş üçtərəfli müqavilə və lizinq müqaviləsi kimi sənədlər də tələb olunur. Bu xidmətlərdən elektron formada istifadə etmək istəyən müəssisə və ya təşkilat öncədən öz səlahiyyətli nümayəndəsi haqqında məlumatları və şəxsiyyət vəsiqəsinin sürətini DƏDRX-ə göndərməlidir. Xidmət istifadəçisi ərizə formasınıƏmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalındakı (e-emdk.gov.az) “bildirişlər” bölməsindən yükləyə bilər.
Daşınmaz əmlak lizinqinin dövlət qeydiyyatına alınması və ləğvi elektron xidmətlərindən istifadə imkanına malik səlahiyyətli şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalındakı (e-emdk.gov.az) 21-ci və ya 22-ci bölmələrə daxil olmalıdır. Açılan pəncərədə müvafiq məlumatları doldurduqdan sonra tələb olunan sənədlər skan olunmuş formada yüklənməlidir. Qeyd edək ki, xidmətlər3 iş günü ərzində həyata keçirilir.
Daşınmaz əmlak lizinqinin dövlət qeydiyyatına alınması üçün 20 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tələb olunur. Xidmətin nəticəsi olaraq lizinqin dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış hüquq sahibinə təqdim edilir və ya elektron imza ilə təsdiqlənməklə "Elektron hökümət" portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin olunur. Daşınmaz əmlak lizinqinin dövlət qeydiyyatının ləğvi üçün isə 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı tələb olunur. Göstərilən xidmətin nəticəsində daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatının ləğvi barədə arayış ərizəçiyə təqdim edilir.
Bolgexeber.com







Bölmə: İqtisadiyyat | 03 aprel 2019 12:33 | Baxış sayı: 27





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: