BolgeXeber.Com » Siyasət » Quaydo deputat toxunulmazlığından məhrum edilir

Quaydo deputat toxunulmazlığından məhrum edilir

3-04-2019, 12:53
Oxunub: 2 684 Quaydo deputat toxunulmazlığından məhrum edilirVenesuelanın ali məhkəməsi müxalifət lideri Xuan Quaydonun deputat toxunulmazlığının ləğv olunması ilə bağlı Konstitusiya Assambleyasında vəsatət qaldırıb.

TASS-ın məlumatına görə, ali məhkəmə bu addımı müxalifət liderinin ölkədən çıxışına qoyulmuş qadağanı pozması ilə əsaslandırıb.

Öz növbəsində X.Quaydo bir daha Venesuelanın bütün sakinlərini küçələrə çıxıb bərbad vəziyyətdə olan su və elektrik təchizatı ilə bağlı kütləvi etiraz aksiyasında iştirak etməyə çağırıb.

Bundan əvvəl Venesuelanın ali məhkəməsi X.Quaydonun ölkəni tərk etməsinə qadağa qoyub. Buna baxmayaraq, qərara əhəmiyyət verməyən Quaydo Kolumbiya, Braziliya, Paraqvay, Argentina və Ekvadora səfərlər edib və sonra Venesuelaya geri dönüb.