XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Messinin azərbaycanlı oxşarı - VİDEO

Messinin azərbaycanlı oxşarı - VİDEOGörənlər onu argentinalı futbol ulduzu Lionel Messiyə oxşadır. Lakin o, azərbaycanlı Röyal Ağamalıyevdir.

Xezerxeber.az-ın məlumatına görə, fiziki görkəmi etibarilə Messiyə oxşarlığı onu Azərbaycanda xeyli məşhurlaşdırıb. Hətta onu əsl Messi sanıb, onunla şəkil çəkdirənlər də olur.

Saç düzümü, saqqalı, üz cizgiləri, hətta boyu eynilə Messiyə bənzəyir. 30 yaşlı Röyal Ağamalıyev "Barselona" klubunun ulduzu Messiyə olan oxşarlığı ilə hər kəsin diqqətini çəkir.

Röyal peşəkar futbolçu olmasa da, futbola böyük marağı var. O deyir ki, topla çox məharətlə davranır. Elə ona görə də dostları ilə tez-tez futbol oynayır.

Azərbaycanlı Messinin ən böyük arzusu isə argentinalı oxşarı ilə görüşməkdir. Röyal sosial şəbəkə vasitəsilə Messi ilə əlaqə qurmağa da çalışıb.

Röyal özü futbolçu ola bilməsə də, gələcəkdə övladının peşəkar futbol ilə məşğul olmasını istəyir.

Bolgexeber.com mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Bölmə: İdman | 03 aprel 2019 14:18 | Baxış sayı: 51





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: