BolgeXeber.Com » Xəbərlər » Prezident doğum evinin təmirinə 2 milyon ayırdı

Prezident doğum evinin təmirinə 2 milyon ayırdı

3-04-2019, 18:22
Oxunub: 2 582 Prezident doğum evinin təmirinə 2 milyon ayırdıPrezident İlham Əliyev paytaxtın 2 nömrəli doğum evinin təmirinə 2 milyon manat ayrılması barədə sərəncam verib.

Bolgexeber.com-un məlumatına görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 nömrəli Doğum Evinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2019-cu il".