BolgeXeber.Com » Xəbərlər » Daşkəsəndə yol tikintisinə 8,5 milyon manat ayrılıb

Daşkəsəndə yol tikintisinə 8,5 milyon manat ayrılıb

4-04-2019, 16:16
Oxunub: 1 700 Daşkəsəndə yol tikintisinə 8,5 milyon manat ayrılıbPrezident İlham Əliyev Daşkəsən rayonunun Gəncə–Daşkəsən (27 km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, sərəncamla üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Daşkəsən (27 km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.