BolgeXeber.Com » Dünya » FEMEN-ə qoşulan müsəlman qıza ölüm hökmü çıxarıldı

FEMEN-ə qoşulan müsəlman qıza ölüm hökmü çıxarıldı

24-03-2013, 09:55
Oxunub: 4 009 Tunisdə islam lideri FEMEN təşkilatının gənc üzvü barədə ölüm fətvası verib.

Teleqraf.com-un xəbərinə görə, buna səbəb FEMEN üzvü olan gənc qızın Facebook-da çılpaq şəklini paylaşmasıdır.

19 yaşlı tələbə qız - Əminə Tayler ötən həftə sosial şəbəkədə yarıçılpaq şəklini paylaşıb. O, bədəninə bu sözləri yazıb: "Mənim bədənim yalnız mənə məxsusdur və namusumu çəkmək heç kimə qalmayıb".

Müsəlman lider öz fətvasında bəyan edib ki, Əminə bu hərəkətinə görə, şallaqla döyülməli, daha sonra daş-qalaq edilməlidir.

Qeyd edək ki, Əminə 2008-ci ildə Ukraynada yaradılan qalmaqallı FEMEN hərəkatının Tunis təşkilatının üzvüdür. O, 2012-ci ildə bu hərəkata qoşulub: "Mən FEMEN-in fəaliyyəti barədə internetdə oxudum. İlk dəfə gördüm ki, qadınlar kamera qarşısında sadəcə soyunmur, öz etirazlarını bildirir və tələblərini səsləndirirlər. Mən onlarla əlaqə yaratdım, hətta bir neçə dəfə Skype-da danışdım".

2013-cü il fevralın 26-da isə Əminə FEMEN-in poçtuna ilk fotosunu göndərib. Bu foto sadəcə "femen üslubu"nda olması ilə deyil, həm də islam əleyhinə olan "F**k your morals" yazısı ilə də fərqlənir.

Əminənin bu fotosu hərakatın səhifəsində yerləşdirilib. O özü isə sosial şəbəkədə FEMEN-Tunis səhifəsi yaradıb. Səhifədə digər tunisli qızların da şəkli yerləşdirilib.

Bunun ardınca isə bir sələfi haker həmin səhifəni ələ keçirib və yazıb: "Allahın köməyi ilə bu səhifəni ələ keçirdik. Allahın razılığı ilə Tunis bu iyrənclikdən qurtulacaq". Haker səhifədə Qurandan bir neçə sitat da yerləşdirib. Lakin sonradan feministlər səhifəni bərpa edib.

FEMEN-in mətbuat xidməti müsəlman liderin fətvasından çox narahat olduğunu bildirib: "Əminə telefonunu söndürüb. Onunla əlaqə saxlaya bilmədik. Əminənin həyatı təhlükədə olduğu üçün çox həyacanlıyıq".