BolgeXeber.Com » Xəbərlər » Prezident Milli Paralimpiya Komitəsinə 500 min manat ayırıb

Prezident Milli Paralimpiya Komitəsinə 500 min manat ayırıb

4-04-2019, 17:50
Oxunub: 1 593 Prezident Milli Paralimpiya Komitəsinə 500 min manat ayırıbPrezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanda Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasını möhkəmləndirmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Komitəyə 500 000 manat ayrılıb.