BolgeXeber.Com » Bölgə » Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir keçirildi

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir keçirildi

4-04-2019, 18:17
Oxunub: 6 751 Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir keçirildi04 aprel 2019-cu il tarixdə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 2016-cı ilin Aprel döyüşlərinin 3-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Aprel döyüşlərinin hacıqabullu iştirakçılarından Rizvan Famil oğlu Qarayev, Rövşən Vüqar oğlu Mikayılov və Vasif Asif oğlu Kamilli, Qarabağ Qaziləri İctimai Birliyi rayon şöbəsinin sədri İntiqam Abdulov, tarixçi-müəllim, hacıqabullu Aprel döyüşçülərinin tədqiqatçısı Mübariz Xəlilov, eləcə də şəhər 1 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edirdilər.

Mərkəzin bələdçisi Aytən Mustafazadə qonaqlara Mərkəzin ekspozisiyası, o cümlədən rəsm dərnəyi üzvlərinin hərbi mövzudakı şəkillərindən ibarət sərgi barədə yığcam məlumat verdi.

Tədbirin aparıcısı, Mərkəzin baş fond mühafizi Məhəmməd İsayev Aprel döyüşləri barədə ümumi məlumat verdikdən sonra Mərkəzin kiçik elmi işçisi Xanım Ağayeva həmin döyüşlər haqqında ətraflı çıxış etdi.

Daha sonra Mübariz müəllim hacıqabullu Aprel döyüşçüləri barəsində hərtərəfli bilgi verdi, Qarabağ qazisi İ. Abdulovun çıxışının ardınca söz Aprel döyüşlərinin tədbirdə iştirak edən nümayəndələrinə verildi.

Sonda Aprel döyüşlərindən bəhs edən videofilm nümayiş etdirildi.
Bolgexeber.com