BolgeXeber.Com » Dünya » Britaniyalılar "Avropa Birliyi" sözləri qeyd olunmayan pasportlarını almağa başlayıb

Britaniyalılar "Avropa Birliyi" sözləri qeyd olunmayan pasportlarını almağa başlayıb

6-04-2019, 10:14
Oxunub: 3 045 Britaniyalılar "Avropa Birliyi" sözləri qeyd olunmayan pasportlarını almağa başlayıbBritaniya vətəndaşları Avropa Birliyindən hələki çıxmamasına baxmayaraq, "Avropa İttifaqı" sözləri əks olunmayan pasportlarını almağa başlayıb.

Bolgexeber.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Birləşmiş Krallığın Daxili İşlər Nazirliyindən "Press Association" agentliyinə bildirilib.

Qeyd olunub ki, pasportların verilməsi artıq martın 30-dan başlayıb.

Digər bir məlumata görə, 2019-cu ilin oktyabrından etibarən, Britaniya pasportları ilə bağlı digər bir dəyişiklik də gözlənilir. Belə ki, AB ölkələri arasında qəbul edilən pasportun rəngi tünd qırmızıdan göy rəngə dəyişdiriləcək.