BolgeXeber.Com » Gündəm » Prezident və xanımı Azərbaycan xalqını 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə təbrik edib

Prezident və xanımı Azərbaycan xalqını 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə təbrik edib

6-04-2019, 12:31
Oxunub: 3 201 Prezident və xanımı Azərbaycan xalqını 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə təbrik edib2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

Bolgexeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideyinlərini təbrik edirlər.