BolgeXeber.Com » Xəbərlər » Azərbaycanın 10 milyonuncu adamının adı nə olacaq? – Atası DANIŞDI

Azərbaycanın 10 milyonuncu adamının adı nə olacaq? – Atası DANIŞDI

6-04-2019, 16:57
Oxunub: 2 115 Azərbaycanın 10 milyonuncu adamının adı nə olacaq? – Atası DANIŞDI“Hər şey qaydasındadır, ananın da, övladımızın da durumu yaxşıdır”.


Bu barədə Modern.az-a Azərbaycanın 10 milyonuncu sakininin valideyni Rauf Həsənov danışıb. O qeyd edib ki, rəsmi qurumlar, nazirliklərin səlahiyyətliləri ailə ilə yaxından maraqlanıblar:


“Övladımız Respublika Perinatal Mərkəzində dünyaya gəldi. Elə səhər saatlarından həkimlər də, xəstəxana işçiləri də həm anaya, həm uşağa diqqət göstərirlər. Rəsmi qurumların səlahiyyətliləri dəfələrlə zəng edib, maraqlanıblar. Hər şey qaydasındadır”.


R.Həsənov körpənin adının nə qoyulacağı ilə bağlı da danışıb:

“Hələlik adını düşünməmişik. Bu gün axşam ailəmizdə müzakirə aparıb, ortaq qərarla uyğun isim düşünəcəyik. İlk övladımız olduğu üçün bu, çox sevinclidir”.


Qeyd edək ki, Bakı şəhərində dünyaya gələn qız uşağının valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur.


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib.