XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

MSK Ərdoğanın tələbini qəbul etmədi

MSK Ərdoğanın tələbini qəbul etmədiTürkiyə Mərkəzi Seçki Komissiyası (MSK) keçirilən bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələri ilə bağlı yekun qərarını açıqlayıb.

Ntv.com.tr portalının məlumatına görə, MSK hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bütün səslərin yenidən hesablanması tələbini qəbul etməyib.

Bununla bağlı məlumat verən AKP-nin MSK üzrə nümayəndəsi Rəcəb Özəl bildirib ki, qərara əsasən, İstanbuldakı 32 rayondan 21-dəki seçki məntəqələrində olan 51 qutudakı səslər yenidən hesablanacaq.

O bildirib ki, hazırda səs fərqi 14 min 604-dür.

Qeyd edilib ki, ümumilikdə, 51 qutuda 17-18 min səs var.

Xatırladaq ki, martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində yayılan məlumatlara görə, Ədalət və İnkişaf Partiyasının İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım 4 milyon 130 min 49 səs (48,48 faiz), Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu isə 4 milyon 157 min 237 səs (48,80) toplayıb.

AKP nəticələrdən şikayət edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı seçkinin saxtalaşdırıldığını açıqlayıb.
Bölmə: Siyasət | 09 aprel 2019 13:10 | Baxış sayı: 51





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: