BolgeXeber.Com » Xəbərlər » Azərbaycanın 10 milyonuncu sakininin anası: - “Bu hiss qürurvericidir"

Azərbaycanın 10 milyonuncu sakininin anası: - “Bu hiss qürurvericidir"

9-04-2019, 13:22
Oxunub: 2 071 Azərbaycanın 10 milyonuncu sakininin anası: - “Bu hiss qürurvericidir"“Bu, sözlə ifadə ediləcək hisslər deyil. Çox sevindirici haldır ki, dövlətimizin 10 milyonuncu sakininin anasıyam. Bu hiss qürurvericidir”.

Bu barədə ONA-ya Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənzadənin anası Nigar Orucova bildirib.
O, bu gün ölkə Prezidenti və birinci xanım Mehriban Əliyevanın körpəyə baş çəkməsindən hədsiz sevinc hissi keçirdiyini dilə gətirib: “Prezidentimizin və Mehriban xanımın gəlişi bizə ikiqat bayram oldu. Çox sağ olsunlar. Bu qayğıya görə dövlətimizə təşəkkür edirəm”.