BolgeXeber.Com » Xəbərlər » Nazim İbrahimovun qardaşı 2 milyon manatlıq vergidən yayınıb – Məhkəmədə şok ifadə
Nazim İbrahimovun qardaşı 2 milyon manatlıq vergidən yayınıb – Məhkəmədə şok ifadə
10-04-2019, 16:06
Oxunub: 1 840
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun məhkəməsi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Vergilər Nazirliyinin əməkdaşı Emin Kərimov ifadə verib.
Nazirlik əməkdaşı ifadəsinə deyib ki, S. İbrahimovun vergi yoxlaması aparılıb: "Yoxlamalar 2012-ci ilin fevral ayının 1-dən 2015-ci ili fevralın 1-dək olan tarixi əhatə edirdi. Səttar Bəhlulzadədə yerləşən bina və "Galaxy Palace"ın Həsən Əliyev küçəsində inşa etdiyi binasındakı yoxlamalarda 2.2 milyon manata yaxın vergidən yayınma halı aşkar edildi”.
Sahib İbrahimov isə məhkəmədə deyib ki, ona aid Səttar Bəhlulzadədəki bina dövlət əhəmiyyətli layihə üçün sökülüb: "Həmin sakinlər Həsən Əliyevdə inşa edilən binaya köçürüldü. Köçürülmə də belə oldu ki, biz vətəndaşları çətin vəziyyətdə qoymaq istəmədik, obyekt verməyi təklif etdik. Binam söküldüyü halda pul almamışam. Bu da az deyilmiş kimi 1,5 milyon manat da vergi ödəməliyəm. Pulumu nə vaxt alsam, ödəyərəm".
S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.
Cinayət işində 52 zərərçəkən var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.
S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qisimini ödədiyini bildirib.
///Bakupost.az
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər