BolgeXeber.Com » Dünya » Bəşər Əsədin öldürüldüyü xəbəri yayıldı

Bəşər Əsədin öldürüldüyü xəbəri yayıldı

24-03-2013, 20:55
Oxunub: 3 782 Sosial media Suriya Prezidenti Bəşər Əsədin öldürüldüyü xəbəri ilə çalxalandı. Lakin iddia hələ ki, öz təsdiqini tapmayıb.
Belə ki, Ərəb və İsrail xəbər agentliklərinin yaydığı məlumata görə, Suriya lideri Bəşər Əsəd öz mühafizəçisi tərəfindən öldürülüb. Xəbər agentliklərinin iddiasına görə, İranlı mühafizəçisi tərəfindən öldürülən Suriya prezidenti hal-hazırda Şam şəhərində xəstəxanaların birinə aparılıb. Xəsəxana istiqamətində olan bütün yollar bağlanıb.Başqa bir məlumatda isə, Bəşər Əsədin ölmədiyi, ağır yaralandığı və hazırda "Əl Şami" xəstəxanasına yerləşdirildiyi iddi edilir. Ancaq bu xəbərdə də heç bir rəsmi mənbələr göstərilməyib. Əsədi vuran iranlı Mehdi Yaqub adlı zabit olduğu da məlumatda bildirilib.