BolgeXeber.Com » Şou-Biznes » Aygün Kazımovanı ölümlə hədələdilər - VİDEO

Aygün Kazımovanı ölümlə hədələdilər - VİDEO

11-04-2019, 15:31
Oxunub: 5 015 Aygün Kazımovanı ölümlə hədələdilər - VİDEOXalq artisti Aygün Kazımova ölümlə hədələnib.

Oxu.Az xəbər verir ki, bu barədə müğənninin köməkçisi Almaz Mustafayeva məlumat verib.

Almaz MTV-də yayımlanan “Üç canlı” verilişində qonaq olarkən hadisənin “Aygün bir gün” adlı solo konsertindən bir gün öncə baş verdiyini söyləyib:

“Aygün Kazımovanı konsertindən əvvəl hədələmişdilər. Telefonla zəng vurub dedilər ki, sabah səhnəyə çıxsan, səni öldürəcəyik. Bir anlıq donub qaldı. Bu, solo konsertindən bir gün qabaq baş verdi. O gündən sonra çalışıram ki, Aygün xanım konsert ərəfəsində telefona yaxınlaşmasın”