BolgeXeber.Com » Ölkə » Qaya parçaları Quba-Xınalıq yolunu bağlayıb

Qaya parçaları Quba-Xınalıq yolunu bağlayıb

11-04-2019, 18:00
Oxunub: 2 975 Qaya parçaları Quba-Xınalıq yolunu bağlayıbBu saatlarda Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən verilən məlumata görə, dərhal hadisə yerinə AAYDA-nin əməkdaşları və xüsusi texnika cəlb edilib.

Lakin dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkət etməsi davam etdiyi üçün əraziyə yaxınlaşmaq mümkün olmur.

Sözügedən ərazidə sürüşmə sabitləşən kimi yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işlərinə başlanılacaq.