25 martın astroloji proqnozu
25-03-2013, 09:20
Oxunub: 4 130
QOÇ - Maraqlı hadisələr yolunuzu gözləyir. Saf işlərlə məşğulluq ruhunuzu gücləndirəcək. Sizə ehtiyac duyan insanları ümidsiz qoymayın. Bu gün şəxsi işlərinizdə böyük irəliləyişlər də start götürməlidir.
BUĞA - Əşyalarla, xüsusən də elektrik cihazları ilə ehtiyatlı davranın. Əks təqdirdə xəsarət ala bilərsiniz. Axşama yaxın əsəblərinizi sakitləşdirmək üçün gəzintiyə çıxın.
ƏKİZLƏR - Əgər bu ayı səmərəli şəkildə başa vurmaq fikriniz varsa, bu gün ciddi ölçü götürməlisiniz. Xəyallar qoynundan düşüb real addımlar atın. Bu gün müştərək fəaliyyət üçün uğurludur.
XƏRÇƏNG - Bir qədər gərgin situasiyalara cəlb oluna bilərsiniz. Odur ki, iş yerində və ayrı-ayrı şəxslərlə davranışlarınızı tənzimləməlisiniz. Ağlınız kəsməyən işlərə girişməyin.
ŞİR - Martın bu ilıq təqvimində bacardığınız qədər təmkin nümayiş etdirməyə çalışın. Yaxşı olar ki, yorucu işlərə ara verib istirahət edə, həzin bir musiqiyə qulaq asasınız.
QIZ - Dünya niyə xoşunuza gəlmir? Bəlkə səbəbi təbiətdə deyil, insanlarda və daha çox da özünüzdə arayasınız. İxtiyarınızda olan bu təqvimdə yalnız bu barədə düşünün ki, nicat tapasınız.
TƏRƏZİ – Ehtiyatlı olun. Göy qübbəsi ciddi yanlışlığa yol verə biləcəyinizi bəyan edir. Mövcud situasiyaları kontrolda saxlamağa çalışın. Ürəyinizcə olmayan təklifləri düşünmədən təxirə salın.
ƏQRƏB - İqlimin dəyişkənliyi səhhətinizə mənfi təsir göstərə bilər. Bu səbəbdən də ehtiyatlı davranış, qidalara xüsusi diqqət yetirmək sizin üçün olduqca vacibdir. Yeni işlərə başlamayın.
OXATAN - Görəcəyiniz işləri əvvəlcədən konkretləşdirin. Gülşən Baharın bu ərəfəsi karyeranız üçün həddindən ziyadə uğurlu ərəfə olacaq. Amma bugünkü vaxtınızı konkret olaraq sevgiyə həsr edin.
OĞLAQ - Yeni əlaqələr yaratmaq fikriniz varsa, saat 15-ə qədər əzmkarlığınızı artırın. Söhbət və müzakirələr zamanı özünüzü qürurlu aparmağa çalışın. Sonrakı saatlarda istirahət edin.
SUTÖKƏN - Maliyyə sövdələşmələrində iştirak etmək üçün ideal gündür. Şəxsi büdcənizi artırmaq üçün bir az siyasətçi olun. Axşama yaxın çoxdan görmədiyiniz adamlarla rastlaşacaqsınız.
BALIQLAR - Gileylərinizi qabartmayın. Özünüzü təmkinli, eyni zamanda qürurlu göstərin. Düşünülməmiş qərar çıxarmaq, risk etmək sizə uğur gətirməyəcək. Sevgi amilinə xüsusi diqqət ayırın.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər