BolgeXeber.Com » Xəbərlər » Qaradağın meşələri sürətlə qarət edilir

Qaradağın meşələri sürətlə qarət edilir

11-04-2019, 18:18
Oxunub: 1 988 Qaradağın meşələri sürətlə qarət edilirGADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan türklərinin etirazlarına baxmayaraq, Güney Azəybaycanın müxtəlif bölgələri, o cümlədən Qaradağ bölgəsinin meşələri sürətlə qarət edilməkdədir.

Son günlərdə Qaradağın Aşıqlı, Qərəçi, Mərdanqəm, Aynalı, Məşədi Həsənli və … kəndlərin meşələri qırılaraq, Azərbaycandan çıxarılır. Əhalinin etirazlarına isə rejim məhəl qoymur.

Xüsusilə son günlərdə sel və kəskin daşqınlar meşələrinin mühafizəsinin zəruriliyini bir daha göstərdi. Lakin irqçi fars rejim planlalı şəkildə Azərbaycan meşələrini məhv etməkdə davam edir.
Bolgexeber.com