BolgeXeber.Com » İdman » AvroLiqada 1/4 finalın ilk oyunları keçirildi - NƏTİCƏLƏR

AvroLiqada 1/4 finalın ilk oyunları keçirildi - NƏTİCƏLƏR

12-04-2019, 09:39
Oxunub: 3 445 AvroLiqada 1/4 finalın ilk oyunları keçirildi - NƏTİCƏLƏRÖtən gecə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Modern.az xəbər verir ki, London "Arsenal"ı evdə "Napoli" ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

İspaniyada bu ölkənin iki təmsilçisi - “Vilyarreal”la “Valensiya" üz-üzə gəlib. Bu matçda "Vilyarreal" 1:3 hesabı ilə uduzub.

"Çelsi" Çexiyada "Slaviya"nın qonağı olub və minimal hesabla qalib gəlib - 1:0.


“Benfika” isə səfərdə “Ayntraxt”dan üstün olub - 4:2.


Qeyd edək ki, cavab oyunları aprelin 18-də keçiriləcək.



Avropa Liqası


1/4 final, ilk oyunlar


11 aprel


“Arsenal” (İngiltərə) – “Napoli” (İtaliya) - 2:0


“Slaviya” (Çexiya) – “Çelsi” (İngiltərə) - 0:1


“Vilyarreal” (İspaniya) – “Valensiya” (İspaniya) - 1:3


“Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya) - 4:2