BolgeXeber.Com » BÖLGƏ TV » Avtovağzalının saytında km-lər çox göstərilib: Bəs bunun səbəbi nədir? (VİDEO)

Avtovağzalının saytında km-lər çox göstərilib: Bəs bunun səbəbi nədir? (VİDEO)

12-04-2019, 10:47
Oxunub: 7 109 Avtovağzalının saytında km-lər çox göstərilib: Bəs bunun səbəbi nədir? (VİDEO)Bakıdan İsmayıllıya məsafə 260 km göstərilib. Üstəlik gedişhaqqılar bu məsafələrə uyğun hesablanır

Bakı Beynəlxalq Avtovağzalın saytında İsmayıllı ilə yanaşı Balakən və digər bir neçə rayon istiqamətində km-lər çox göstərilib. Bəs bunun səbəbi nədir? Xəbərimizdən biləcəksiniz
Bakı Beynəlxalq avtovağzalının rəsmi saytında Bakıdan İsmayıllıya olan məsafə 260 km, Bakıdan-Balakənə olan məsafə isə 441 km göstərilib.
Gedişhaqqılar da bu məsafələrə uyğun olaraq İsmayıllıya 6 manat 20 qəpik, Balakənə isə 10 manat 60 qəpik olaraq hesablanıb.
Halbuki, bu rayonlara bakı-şamaxı-ismayıllı yolu ilə gedilirsə məsafə xeyli qısalır. Məsələn ağsu aşırımından keçməklə bakıdan ismayıllıya qədər olan məsafə 156 km, balakənə isə 330 km-dir. Burada isə 80-100 km-lik fərqin yarandığı, sərnişinlərin buna görə əlavə ödəniş etdiyi məlum olur. Həmçinin saytda aparılan qısa araşdırma zamanı o da aydın olur ki, Bakıdan Qəbələ, oğuz, şəki, qax, zaqatala rayonları arasında olan məsafə də artıq göstərilib.
Bunun səbəbini öyrənmək üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə əlaqə saxladıq. Xidmətin sektor müdiri Nuridə Allahyarova bildirdi ki, ötən ilin avqust ayından etibarən bəzi regional istiqamətlərdə, xüsusən də ağsu aşırımından keçməklə ismayıllı yolu ilə hərəkət edən marşurut xətlərinin hərəkət sxemi dəyişdirilib. Bu rayonlara gedən avtobusların istiqaməti az risqli, sərnişinlər üçün təhlükəsiz olan kürdəmir yolu ilə seçilib.
Nuridə Allayarova deyir ki, qanuni daşıyıcılar qarşısında bir başa tələbqoyulub ki, bu istiqamətlərdə gedən sərnişinlər kürdəmir yolu ilə daşınsın..Bu istiqamətin dəyişdirilməsi hələlik nəzərdə tutulmur.
Qurum rəsmisi onu da bildirdi ki, bu tələblərə əməl etməyən daşıyıcılar qanun çərçivəsində cəzalandırılacaqlar.