BolgeXeber.Com » Gündəm » Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri ilə görüşüb

Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri ilə görüşüb

12-04-2019, 18:22
Oxunub: 3 801 Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri ilə görüşübAprelin 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Bolgexeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonu Azərbaycanda səmimi qəlbdən salamlayaraq, onun ölkədə hər zaman arzuedilən qonaq olduğunu deyib. Mehriban Əliyeva rusiyalı qonağı yubileyi və təltif edildiyi mükafatlar münasibətilə təbrik edib, Valentina Matviyenkoya möhkəm cansağlığı, gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayıb. Birinci vitse-prezident Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb, bu fəaliyyətin Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə olduğunu deyib.

Azərbaycanda yenidən olmaqdan məmnunluğunu ifadə edən Valentina Matviyenko, ölkəmizə həmişə xoş niyyətlə gəldiyini söyləyib. Qonaq Azərbaycanda göstərilən qonaqpərvərliyə və diqqətə görə minnətdarlığını bildirib. Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdüyünü, bu görüşün onun üçün böyük şərəf olduğunu bildirib. Qonaq Prezident İlham Əliyev ilə Azərbaycan-Rusiya əlaqələrinin gələcək inkişafına dair fikir mübadiləsinin aparıldığını qeyd edib.
Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri ilə görüşüb
Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri ilə görüşüb
Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri ilə görüşüb