BolgeXeber.Com » İqtisadiyyat » Astaranın üç kəndinin elektrik enerjisi ilə təchizatına 1,5 milyon manat ayrılıb- SƏRƏNCAM

Astaranın üç kəndinin elektrik enerjisi ilə təchizatına 1,5 milyon manat ayrılıb- SƏRƏNCAM

12-04-2019, 18:24
Oxunub: 2 589 Astaranın üç kəndinin elektrik enerjisi ilə təchizatına 1,5 milyon manat ayrılıb- SƏRƏNCAMPrezident İlham Əliyev Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatı haqqında sərəncam imzalayıb.

Bolgexeber.com-un məlumatına görə, sərəncamla Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon manat ayrılıb.