XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

"Facebook" 2018-ci ildə Zukerberqin təhlükəsizliyinə təxminən $20 milyon xərcələyib

"Facebook" 2018-ci ildə Zukerberqin təhlükəsizliyinə təxminən $20 milyon xərcələyib"Facebook" şirkəti 2018-ci ildə Mark Zukerberqin və onun yaxınlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə təxminən 20 milyon dollar xərcləyib.

Trend-in CNBC" telekanalına istinadən verdiyi məlumata görə, M.Zukerberq "Facebook"da işinə görə ildə 1 dollar maaş alır, lakin şirkət onun öz səlahiyyətlərini yerinə yetirərkən çəkdiyi xərcləri ödəyir.

Bu xərcin məbləği 2018-ci ildə 22,6 milyon dollar təşkil edib. 22,6 milyon dolların təxminənm 20 milyonu M.Zukerberqin və onun yaxınlarının təhlükəsizliyinin təmin edilməsinə, 2,6 milyonu isə şəxsi avianəqliyyatdan istifadə ilə bağlı xərclərin ödənilməsinə istifadə edilib.

Qeyd edilir ki, son illərdə "Facebook"un rəhbərinin təhlükəsizliyinin təmin edilməsi üçün ayrılan vəsait artıb. Beləki, 2016-cı ildə M.Zukerberqin təhlükəsizliyinin təmin edilməsi üçün 5,1 milyon dollar, 2017-ci ildə - 7,6 milyon dollar ayrılıb. M.Zukerberqin avianəqliyyatdan istifadəsinin xərclərinin ödənilməsi üçün 2016-cı ildə 871 min dollar, 2017-ci ildə isə 1,5 milyon dollar ayrılıb.
Bölmə: Dünya | 13 aprel 2019 09:35 | Baxış sayı: 32





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: