BolgeXeber.Com » İdman » MOİK Premyer Liqaya vəsiqə qazanıb

MOİK Premyer Liqaya vəsiqə qazanıb

13-04-2019, 09:39
Oxunub: 3 065 MOİK Premyer Liqaya vəsiqə qazanıbMOİK 2019/20 mövsümü üçün Premyer Liqaya vəsiqəni təmin edib.

Oxu.Az xəbər verir ki, “hərbçilər” I Divizionun XXII turunda bunu rəsmiləşdirib.

Belə ki, aşağı liqanın lideri bu gün keçirilən matçda “Keşlə-2”ni məğlubiyyətə uğradıb – 2:1. Bununla da “hərbçilər” 22 turdan sonra xal hesabını 56-ya çatdırıb.

Çempionatın əsasnaməsinə görə, I divizionda ikinci komandalar istisna olmaqla, ən yüksək yer tutan komanda Premyer Liqaya vəsiqə qazanır.

MOİK-in ən yaxın izləyicisi isə ikinci komandadır. Bu, 50 xalı olan “Sumqayıt-2”dir. Lakin qaydalara görə, Premyer Liqanın klubunun əvəzedici komandası çempion olsa belə, yüksək dəstəyə vəsiqə qazana bilməz.

Qeyd edək ki, MOİK lisenziya şərtlərini yerinə yetirə bilsə, növbəti mövsümdən əvvəllər də çıxış etdiyi Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.