BolgeXeber.Com » Siyasət » Sudanda çevriliş edən Auf da istefa verdi

Sudanda çevriliş edən Auf da istefa verdi

13-04-2019, 12:23
Oxunub: 2 946 Sudanda çevriliş edən Auf da istefa verdiSudanda siyasi gərginlik davam edir.

Bolgexeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, dünən hərbi çevriliş edərək prezident Ömər əl-Bəşiri devirən müdafiə naziri Avad ibn Auf da hakimiyyətdən əl çəkib.

Auf və müavini Kamal Abd əl-Maaruf hakimiyyəti ələ alan Hərbi Şuranın rəhbərliyindən istefa verib. O, istefanın səbəbini etimadsızlıqla əlaqələndirib.

Aufun yerinə Baş Qərargah rəisi Əbdülfəttah əl-Burxan gəlib.