BolgeXeber.Com » İdman » Azərbaycanlı güləşçilər erməni idmançıları belə məğlub etdi - VİDEO

Azərbaycanlı güləşçilər erməni idmançıları belə məğlub etdi - VİDEO

13-04-2019, 14:42
Oxunub: 3 475 Azərbaycanlı güləşçilər erməni idmançıları belə məğlub etdi - VİDEOAprel Azərbaycan üçün ermənilər üzərində qələbələr ayıdır: Bu dəfə güləşçilərimiz yarış meydanında işğalçı ölkəni təmsil edən rəqiblərini darmadağın etməklə yeni zəfərin sevincini bizə yaşatdılar.

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında ölkəmizi uğurla təmsil edən güləşçilərdən üçü – Hacı Əliyev, İslam Abbasov və Ağahüseyn Mustafayev Ermənistan idmançıları ilə üz-üzə gəliblər. Hər üç qarşılaşma təmsilçilərimizin möhtəşəm qələbəsilə başa çatıb.

Çemionatda 70 kq çəki dərəcəsində mübarizə aparan Ağahüseyn Mustafayev 1/4 finalda dünya və Avropa çempionu erməni David Safaryana qalib gəlib. İlk yarını 6:2 hesablı üstünlüklə tamamlayan Mustafayev ikinci hissədə daha 6 xal qazanaraq vaxtından əvvəl qələbə qazanıb.