BolgeXeber.Com » Bölgə » Mingəçevir Şəhər Polis Şöbəsinə yeni təyinat olub

Mingəçevir Şəhər Polis Şöbəsinə yeni təyinat olub

13-04-2019, 15:42
Oxunub: 3 717 Mingəçevir Şəhər Polis Şöbəsinə yeni təyinat olubDaxili işlər orqanlarında daha bir təyinat olub.

"Report"un Qarabağ mərkəzinin məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Azay Akif oğlu Ağayev Mingəçevir Şəhər Polis Şöbəsi (RPŞ) rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.

Qeyd edək ki, A.Ağayev bundan əvvəl Ağcabədi Rayon Polis Şöbəsi rəisinin xidmət üzrə müavini olub.