BolgeXeber.Com » İdman » Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında erməni rəqibini məğlub edib

Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında erməni rəqibini məğlub edib

13-04-2019, 15:45
Oxunub: 3 415 Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında erməni rəqibini məğlub edibAzərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

"Report"un məlumatına görə, 97 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Artur Şahinyana qalib gələrək 1/4 finala yüksəlib.

Daha əvvəl Avropa çempionatının qalibi olan sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) ermənistanlı Vazgen Tevanyana, gümüş medal qazanan Ağahüseyn Mustafayev (70 kq) isə David Safaryana qalib gəlib. Yunan-Roma güləşçilərindən finala yüksələn İslam Bayramov (87 kq) isə Maksim Manukyanı üstələyib.

Qeyd edək ki, bu gün Azərbaycanın digər yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq), Kamran Məmmədov (67 kq), Ülvi Qənizadə (72 kq) və Rafiq Hüseynov (82 kq) mübarizəyə qoşulub.
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında erməni rəqibini məğlub edib