XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Bəzi slikonlularla qarşılaşanda adam səksənir” – FOTOLAR

Sevinc Ağaşirinova bu günlərdə “İlin gənc cazibədar xanımı” seçildi. Vücudu və gözəlliyi ilə özünü diqqət mərkəzində tutan Sevincin sirrini öyrənməyə çalışdıq. Publika.Az-a danışan sənətçi şanslı olduğunu gizlətmədi.

“Bəzi müğənnilərin bəxti hansısa məqamlarda gətirir. Mənim də şansım gözəl olmağımdır yəqin. Özüm özümü tərifləməyim. Tamaşaçının qarşısına dəfələrlə makiyajsız çıxmışam. Nəyisə ört-basdır eləməyə ehtiyacım yoxdur. Boy, kilo, cizgilər yerindədir. Baxıb qiymət veriblər” – deyən gənc və ideal hesab edilən sənətçi estetik müdaxilələrə toxundu.

Yalnız burun əməliyyatı keçirdiyini söyləyən Sevin Ağaşirinova bunu 2006-ci ildə aparıldığını sözünə əlavə etdi. Gələcəkdə ehtiyac olduğu təqdirdə, o, daha bir addım atacağını istisna etmədi: “Bəzi xanımlar slikondan həddindən artıq istifadə edib, tanınmaz hala düşürlər. Bəlkə fotolarda daha gözəl görsənə bilsinlər deyə edirlər, bilmirəm. Amma bəzi slikonlularla qarşılaşanda, adam səksənir. Münasibət qurduğum bütün xanımları bəyənirəm. Hər biri özünəməxsus gözəldir. Amma iddialı, daha gözəl müğənni seçmək mənim üçün çətindir. Çünki hamısı gözəldir. Bütöv şəkildə yanaşsam, slikona görə, ad çəkmək istəmirəm. Belələri çoxluq halındadır. Bəzi kişi müğənnilər bəzi xanım müğənnilərdən slikon məsələsində daha diqqətlidirlər. İstifadə edəndə məhdudiyyəti nəzərə alırlar”.






Bölmə: Şou-Biznes | 25 mart 2013 13:20





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: