BolgeXeber.Com » Xəbərlər » Suraxanıda avtomobil yollarının yenidən qurulmasına 3 milyon manat ayrılıb

Suraxanıda avtomobil yollarının yenidən qurulmasına 3 milyon manat ayrılıb

15-04-2019, 17:38
Oxunub: 1 895 Suraxanıda avtomobil yollarının yenidən qurulmasına 3 milyon manat ayrılıbPrezident İlham Əliyev Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Bolgexeber.com-un xəbərinə görə, sərəncama əsasən, Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.