XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Rəqabətli 16 aprel hərracı: 15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib

Rəqabətli 16 aprel hərracı: 15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilibƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 16 aprel tarixində növbəti hərrac keçirildi

Əmlak Məsələləri Dövlət Komitəsindən Bolgexeber.com-a verilən xəbərə görə özəlləşdirməyə çıxarılan dövlət müəssisələrindən 15-nə ümumilikdə 50 sifarişqəbul edilmişdir.Rəqabətli hərracda iştirak edən vətəndaşlardan 10-u seçdiyi dövlət əmlakı üzrə sifarişi olduğu yerdən elektron formada vermişdir

Budəfəki hərracda kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri özəlləşdirildi.
Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələri paytaxt rayonlarında yerləşir. Onlar arasında rəqabət yaradan əmlak Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsindəki binanın qeyri-yaşayış sahəsidir. İlkin qiymət 3 min manat təyin olunmuş dövlət əmlakının ümumi faydalı sahəsi 28.6kv.m-dir. İştirakçılar arasında rəqabət ilə obyektin qiyməti 3 dəfədən çox yüksələrək 10 min 300 manata özəlləşdirildi. Hərracda öz sahibini tapan digər qeyri-yaşayış sahələri Nəsimi və Binəqədi rayonlarında yerləşir.Paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsindəki ticarət obyektinin isə ümumi faydalı sahəsi 125.2kv.m-dir. Adıçəkilən kiçik dövlət müəssisəsi hərracda 14 min manata özəlləşdirildi.
Budəfəki özəlləşdirmə hərracında rəqabət nəqliyyat vasitələri üçün də xarakterikdir. Belə ki,hərracda10 nəqliyyat vasitəsi üzrə 41 sifariş verilmişdir. Buraxılış ili 2007 olan NissanSunny markalı avtomobil üçün ilkin qiymət 4 min manat təyin olunmuşdur. İştirakçılar arasında mübarizə dövlət əmlakının son hərrac qiymətini 7 min 200 manata yüksəltdi. Fəal iştirak şəraitində özəlləşdirilən digər avtomobillərdən biri də MercedesBenz markasına aiddir. Bu nəqliyyat vasitəsinin ilkin hərrac qiyməti 7 min manat olsa da, avtomobil 11 min manat təklif edən şəxs tərəfindən özəlləşdirildi. Mitsubishi, Hyundai, Nissan və BMWmarkalarından olan digər nəqliyyat vasitələrinin buraxılış tarixləri 2004-2008-ci illərdir. Bu avtomobillər isə əksəriyyəti rəqabət şəraitində olmaqla 4 min 500 manat ilə 11 min 800 manat aralığında təklif olunan qiymətlərə özəlləşdirildi.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 23 aprel tarixində keçiriləcək. Özəlləşdirmə prosesinə ümumilikdə 59 dövlət əmlakı çıxarılıb. Onlardan 43-ü kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir. Hərracda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.
Rəqabətli 16 aprel hərracı: 15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib
Bölmə: İqtisadiyyat | 16 aprel 2019 14:51 | Baxış sayı: 23





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: