BolgeXeber.Com » Ölkə » Prezident “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”ni təsdiqləyib

Prezident “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”ni təsdiqləyib

16-04-2019, 18:28
Oxunub: 2 769 Prezident “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”ni təsdiqləyibAzərbaycan Prezidenti İlham Əliyev “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Bolgexeber.com xəbər verir ki, fərmanla dövlət satınalmalarının vahid internet portalının operatoru Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müəyyən edilib.

Nazirlər Kabinetinə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətinə, Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.