BolgeXeber.Com » Dünya » İsveçrədə Telman İsmayılova cinayət işi açılıb

İsveçrədə Telman İsmayılova cinayət işi açılıb

17-04-2019, 11:18
Oxunub: 2 936 İsveçrədə Telman İsmayılova cinayət işi açılıbMoskvadakı Çerkizov bazarının Azərbaycan əsilli keçmiş sahibi Telman İsmayılova İsveçrədə cinayət işi açılıb.

ONA-nın “Kommersant”a istinadən xəbərinə görə, o, üç iqtisadi cinayət törətməkdə şübhəli bilinir.

Sürix prokurorluğu T.İsmayılov borclunun əmlakına həbs qoymaqla dələduzluqda, kreditorların zərər vurmaqla aktivlərin ixtisarı və aktivlərin çıxarılmasında təqsirləndirir. Əgər günahı sübuta yetirilərsə, iş adamını 3 ildən 5 ilədək həbs cəzası gözləyir.
İsveçrənin hüquq-mühafizə orqanalrına iddia ərizəsi ilə Rusiyanın “BM-Bank”ı və “VTB Bank” müraciət edib.

Qeyd edək ki, Telman və Vaqif İsmayılov qardaşları Rusiya tərəfindən beynəlxalq axtarışa verilib. Onlar qətldə və qanunsuz silah dövriyyəsində ittiham olunurlar.