BolgeXeber.Com » Gündəm » Qanunun keşiyində duran Azərbaycan polisi

Qanunun keşiyində duran Azərbaycan polisi

16-10-2019, 11:44
Oxunub: 12 102 Qanunun keşiyində duran Azərbaycan polisiDövlətin hər bir çətin anında polisin xalqın dövlətin yanında olması və ictimai asayişin keşiyində sayıq durmasını keçən il Gəncədə baş verən hadisələrdə də özünü bariz şəkildə göstərdi.

Polisin vəzifəsi, borcu həm dövlətin mənafeyini, həm də hər bir vətəndaşın hüquqlarını qorumaqdır.

HEYDƏR ƏLİYEV
Ümummilli lider

Hüquq-mühafizə sistemi müstəqil dövlətin ən mühüm təsisatlarından biridir. Dövlətin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hüquqi cəmiyyət quruculuğu məsələləri bu sistemin inkişafı ilə birbaşa bağlıdır. Dövlət yalnız mükəmməl hüquqa əsaslananda güclü olur, vətəndaş yalnız demokratik və ədalətli hüquqlarla əhatə olunanda azad olur. Azərbaycanın dövlətçilik tarixində bu ənənələr daim əsas götürülmüşdür. Tarixən mövcud olan klassik cəmiyyətlərdən tutmuş müasir demokratik cəmiyyətlərə qədər olan bütün dövrlərdə mövcud dəyərlər həmişə həmin dövrə müvafiq olan hüquqla tənzimlənib. Hüquq-mühafizə sistemində polisin rolu isə həmişə xüsusi əhəmiyyət kəsb edib.


Bunu ölkəmizdə hökm sürən stabillik,təhlükəzsizlik də sübut edir.Bunu hər bir Azərbaycan vətəndaşı da hiss edir ,qiymətləndirir və təsqdiqləyə bilər.
Azərbaycan polisinin 100 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrilib, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynayır. Ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətləri çox böyükdür və danılmazdır.Bu gün ölkə rəhbərliyinin də daxili işlər orqanlarına diqqət və qayğısı daima hiss olunur.

Azərbaycan polisinin şanlı tarixinə tarixi nəzər salaraq demək olar ki:18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir. Hələ ötən əsrin 90-cı illərində, Azərbaycanda xaos və anarxiyanın hökm sürdüyü bir ərəfədə polis orqanlarının əməkdaşları öz peşə fəaliyyətlərini layiqincə yerinə yetirirdilər. 1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycan qısa müddət sonra düşmən təcavüzünə məruz qaldı, torpaqlarımız işğal olundu. Həmin vaxt- 1992-1993-cü illərdə mənfur düşmənlərlə döyüşən məhz Azərbaycan polisləri idi. Polisin sıralarında xeyli sayda "Milli Qəhrəman" adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır. Bu gün də Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara tam uyğunlaşdırılıb.

Azərbaycan polisi - ictimai asayişin və təhlükəsizliyimizin qarantıdır

Dövlətin hər bir çətin anında polisin xalqın dövlətin yanında olması və ictimai asayişin keşiyində sayıq durmasını keçən il Gəncədə baş verən hadisələrdə də özünü bariz şəkildə göstərdi.

Bildiyiniz kimi Gəncə şəhər icra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsindən sonra mənfur terrorçu qruplaşmalar növbəti dəfə terorra əl atdılar. Bu dəfə 2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərdilər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstərdilər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alındı.Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib. Təəssüflə qeyd etmək lazımdır ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid oldular. Heç şübhəsiz ki, iki yüksək rütbəli polis zabitini qətlə yetirən terrorçular tamamailə zərərsizləşdirildi, Gəncədə asayişin tamamilə bərpa olundu.


Şübhəsizdir ki, bu gün Azərbaycan polisi dünyanın ən sivil polislərindəndir: hər bir vətəndaş əmindir ki, onun hüquqları qorunur, heç bir cinayətkar qanunu aşağılaya, insan hüquqlarını tapdalaya və qanunsuz addımları ilə cəmiyyətdə ajiotaj yarada bilməz. Əgər bu hallar baş verərsə, Azərbaycan polisi hadisəyə dərhal reaksiya verir, insan- vətəndaş amilini önə çəkərək cinayətkarın məsuliyyətə cəlb olunmasına nail olur.
Polislərin cəmiyyətimizdəki rolu əvəzolunmazdır. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev həmişə polisin cəmiyyətdə və dövlətçilikdə rolunu yüksək qiymətləndirir.Ümummilli lider Heydər Əliyev yaxşı bilirdi ki, sağlam vətəndaş cəmiyyəti qurmaq, güclü Azərbaycan dövləti yaratmaq üçün başlıca amil sabitlik və əmin-amanlıqdır. Yalnız ictimai asayişin bərqərar olduğu cəmiyyətdə inkişaf mümkündür. Buna görə də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsaslı islahatlar davam etdirilərək qanun yaradıcılığı sahəsində ciddi nailiyyətlər əldə olundu. Ümummilli lider Heydər Əliyev hələ 1994-cü ildə “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanı imzalamaqla dövlət quruluşunun mühafizəsinə və insan hüquq və azadlıqlarına yönələn cinayətkar qəsdlərə qarşı mübarizədə əsaslı dönüş yaratdı. Aparılan islahatlar nəticəsində ölkədə cinayətkarlığın sayı, demək olar ki, minimuma endirildi. Sabit, güclü və işlək qanunların yaradılması cəmiyyətin ehtiyaclarından irəli gəlirdi. Əslində bu, eləcə də digər normativ aktların və hüquqi sənədlərin qəbulu 1994-1996-cı illərdə dövlətə qarşı cinayətkar qəsdlərlə üzləşən Azərbaycan cəmiyyətinin və Azərbaycan vətəndaşının sosial sifarişinin nəticəsi idi. Azərbaycan Respublikasının Prezidenti ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci il tarixli fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul “Azərbaycan Polisi günü” elan olundu.
Çox keçmədi “Məhkəmələr və hakimlər”, eləcə də “Prokurorluq haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlar hazırlanaraq qüvvəyə mindi. Penitensiar sistemdə əsaslı islahatların həyata keçirilməsi üçün ciddi hüquqi tədbirlərə başlanıldı. Hüquq sisteminin heç bir sahəsi islahatlardan kənarda qalmadı.
Heç şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin hüquqi-demokratik dövlət quruculuğu ilə bağlı xidmətləri böyük bir elmi araşdırmanın mövzusudur və hesab edirəm ki, bu uzun illər hüquq elminin tədqiqat obyekti olacaq. “Polis haqqında” Qanunun qəbulu isə ölkədə vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanının yaradılması demək idi. Qanun, insan hüquq və azadlıqlarını təmin etmək və polisin fəaliyyətini tənzimləmək baxımından son dərəcə böyük əhəmiyyətə malikdir. Həmin qanunla polisin fəaliyyətini tam tənzimləyən hüquqi əsasları yaradıldı. Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan polisin təyinatı həmin qanuna görə vətəndaşların həyatını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətlərini hüquqazidd əməllərdən qorumaqdan ibarətdir.
Beləliklə, bütövlükdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş qanunlar və imzalanan fərmanlar müstəqil Azərbaycanda demokratik cəmiyyət quruculuğu istiqamətində möhkəm hüquqi bazanı formalaşdırdı. Hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində hüquqi-demokratik islahatların bazası daha da genişləndirilir və zənginləşdirilir. Bu, hüquq- mühafizə sistemində, habelə polis orqanlarında çalışanların qarşısına yeni və mühüm vəzifələr qoymaqla yanaşı, onların məsuliyyətini daha da artırır və bu şərəfli peşədə çalışmaq üçün hər bir polis əməkdaşına stimul verir.

Artıq XX əsrin 90-cı illərindəki kimi Azərbaycan polisi ilə vətəndaşlarımız arasında dərin bir uçurum mövcud olsun. Bu gün Azərbaycan polisi ilə vətəndaşlarımız arasında dərin inam hissi vardır, eyni zamanda, qanunun qorunması, ictimai asayişin qorunması və təhlükəsizliyimizin təminatı üçün hər bir Azərbaycan vətəndaşı polisə dəstəkdir. Və belə də olmalıdır.

Hər il Daxili İşlər Nazirliyində cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilir. İclasda qeyd olunub ki, Qeyd olunub ki, ölkəmiz cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ötən il də MDB və Avropa məkanında öncül mövqeyini saxlayıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 271-dən 264-ə qədər azalıb.
Qeyd edək ki, Bölgə TV-nin əməkdaşları yaxın zamanlarda Azərbaycanın şəhər və rayonlarında polisin fəaliyyəti ilə bağlı reportajlar hazırlayacaq və onlar oxuculara təqdim edəcək. Bundan başqa Bölgə TV Azərbaycan polisinin keçmiş əməkdaşlarının fəaliyyəti ilə bağlı silsilə müsahibələr hazırlayacaq.İlk müsahibimiz isə keçmiş polis rəisi Şəmsəddin Əliyev olacaq.

Bolgexeber.com