BolgeXeber.Com » İqtisadiyyat » İlham Əliyev yol tikintisinə 3 milyon manat ayırdı (SƏRƏNCAM)

İlham Əliyev yol tikintisinə 3 milyon manat ayırdı (SƏRƏNCAM)

17-04-2019, 15:02
Oxunub: 3 038 İlham Əliyev yol tikintisinə 3 milyon manat ayırdı (SƏRƏNCAM)Prezident İlham Əliyev Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bolgexeber.com-un məlumatına görə, sərəncamla səkkiz min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.