BolgeXeber.Com » Xəbərlər » Vidadi İsayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Vidadi İsayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

17-04-2019, 17:02
Oxunub: 1 934 Vidadi İsayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilibPrezident İlham Əliyev Vidadi İsayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Vidadi İsa oğlu İsayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, V.İsayev 1959-cu ilin aprelin 18-də Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 2005-2011-ci illərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 2011-ci ildən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Sabah onun 60 yaşı tamam olur.