BolgeXeber.Com » Siyasət » İvanka Tramp atasının təklif etdiyi vəzifədən imtina etdi

İvanka Tramp atasının təklif etdiyi vəzifədən imtina etdi

18-04-2019, 12:31
Oxunub: 2 649 İvanka Tramp atasının təklif etdiyi vəzifədən imtina etdiİvanka Tramp Dünya Bankına rəhbər olması üçün atasının - ABŞ prezidenti Donald Trampın ona etdiyi təklifi rədd etdiyini açıqlayıb.

Bu barədə Musavat.com xarici KİV-ə istinadən məlumat verir.

Ötən həftə Donald Tramp maliyyə məsələləri ilə arası yaxşı olan qızına Dünya Bankına rəhbər olmağı təklif edib.

Lakin İvanka Tramp Ağ Evdəki vəzifəsindən razı olduğunu əsas gətirərək, bu vəzifədən imtina edib.

Bundan sonra bu vəzifə amerikalı iqtisadçı Devid Malpasa təklif olunub.

Qeyd edək ki, Dünya Bankının rəhbərləri hər il ABŞ tərəfindən müəyyən olunur.